Lənkəran rayonunda iki həftədir axtarılan 39 yaşlı kişinin meyiti tapılıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Nərimanabad qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Akif oğlu Məmmədovun meyiti qəsəbə ərazisindəki həyətlərin birində aşkarlanıb.
Sakinlərin bildirdiyinə görə A. Məmmədov martın 27-dən etibarən yaxınları tərəfindən axtarılır.
Onun aşkar olunduğu həyət Rusiyada yaşayan Nəzakət Xanhüseyn qızı Abdullayevaya məxsusdur. Evdə uzun müddətdir yaşayış yoxdur.
Meyit qonşular tərəfindən həyətin dalan hissəsində, üzərinin azbes şiferlə örtülmüş vəziyyətdə tapılıb.
Mərhumun nəşi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Səhrada qumu qazdılar altından görün nə çıxdı - VİDEO
Oxu24.com
ŞƏRHLƏR