Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68090
az

Rus ordusunun məğlub olmasının 9 səbəbi

20:0310 Aprel, 2022
319
DÜNYA
  • A

Rusiya ordusu Ukraynada 46 gün ərzində hələ də istədiyini əldə edə bilməyib.

OXU24. Axar.az-a istinadən xəbər verir ki, "Vaşinqton Post" qəzeti Rusiya ordusunun niyə uğur qazana bilmədiyini 9 bənddə ümumiləşdirib:

1. Düzgün qiymətləndirilməyən ukraynalılar

Qəzetin yazdığına görə, ən böyük səhv ukraynalıların müqavimət göstərmək qabiliyyətini lazımınca qiymətləndirməmək olub. Rusiya tez və asan qələbə qazanmağı planlaşdırırdı, lakin Ukrayna buna Qərbin silahları ilə cavab verdi. Döyüşən təkcə ordu deyil, mülki şəxslər də Rusiyanın irəliləyişinə mane olur.

2. Qoşunların lazımi səviyyədə hazırlanmaması

Əsir düşən rus əsgərlərinin sözlərinə görə, onlar Ukraynaya soxulacaqlarından xəbərsiz olublar. Onlara hərbi təlimdə iştirak etdiklərini deyiblər. Rus əsgərləri psixoloji cəhətdən döyüşə hazır olmayıb.

3. Kifayət qədər ərzaq və təchizat olmadan müdaxilə

Rus qoşunları qarşılaşdıqları şəraitə hazır deyildilər. Özləri ilə götürdükləri iki həftəlik ərzaq ehtiyatı tez tükəndi. Rus əsgərlərinin yanacaqsız yol kənarında qaldığını və ac əsgərlərin dükanları qarət etdiyini əks etdirən videolar ortaya çıxdı.

4. Logistika çatışmazlığı

Qoşunların ərzaq və digər təchizatları tükəndikdə, onların komandirlərinin heç bir planı yox idi. Tanklar dayandı.

5. Ukraynanın hava hücumundan müdafiə sistemlərini dayandıra bilməmək

Hərbi ekspertlərin fikrincə, rus qoşunları sərhədi keçməzdən əvvəl Ukraynanın hava hücumundan müdafiə sistemlərinin məhv ediləcəyini gözləyirdilər. Hava dəstəyi olmadan içəri girdilər. Qəzet bunu komandirlərin az müqavimətlə qarşılaşacaqları barədə apardıqları səhv hesablamalarla izah edir. Ukrayna hərbi təyyarələri isə müdaxilədən 7 həftə keçməsinə baxmayaraq, hələ də havadadadır.

6. Müdaxilə əməliyyatı üçün həddən artıq böyük ərazi seçildi

Müdaxilə şimalda Kiyevə, şimal-şərqdə Xarkova, şərqdə və cənubda Krıma doğru başladı.

7. Güvənli olmayan əlaqə vasitələrindən istifadə

Ruslar əlaqə üçün mobil telefon və köhnə radiolardan istifadə edərək böyük bir müharibəyə girdilər. Bununla da ukraynalılar rusların cəbhədəki hərəkətlərı ilə bağlı mesajların qarşısını aldılar. Qəzetin yazdığına görə, 7 rus generaldan bəzisi ukraynalıların onların mövqeləri ilə bağlı mesajları ələ keçirdiyi üçün həlak olub.

8. Komanda zəncirində pozulmalar

Ekspertlər qeyd edirlər ki, Rusiyanın mərkəzləşdirilmiş ordu qərargahı cəbhədəki əsgərlərə qərar qəbul etmək səlahiyyəti vermir. Buna görə də cəbhədə çətinliklə üzləşən qoşunlar Moskvanın əmrini gözləməyə məcbur olurlar.

9. B planının olmaması

Rus qoşunları açıq şəkildə müqavimətlə qarşılaşacaqları bir ssenariyə hazır deyildilər. Onların ehtiyat planı da yox idi. Əvəzində qoşunlar əvvəlcə əmr verildiyi kimi irəliləməyə davam etdilər. Bu, onları asan hədəfə çevirdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ölkədə güclü zəlzələ oldu
Rusiya sərhədinə gedən yolda qadağa
Türkiyədə zəlzələ baş verdi

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR