Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68064
az

Çiyələk alarkən mütləq bunlara fikir verin!

23:3009 Aprel, 2022
465
CƏMİYYƏT
  • A

Dadlı və ətirli çiyələk həmçinin çox faydalı və müalicəvi giləmeyvədir.

Bol miqdarda dəmir və fosfora malik çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir.

OXU24.COM-un Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, çiyələyin faydaları ilə yanaşı, düzgün istifadə olunmayanda onun insan orqanizminə zərərli təsirləri də olur. Düzgün şəraitdə saxlanılmayan çiyələyin yeyilməsi insan sağlamlığı üçün təhlükə yarada, hətta ağır qida zəhərlənmələrinə də yol aça bilər. Belə zəhərlənmələrin qarşını almaq üçün aşağıda sadalanan xüsusları nəzərə almaq lazımdır:

• Çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir, çünki mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə oluna bilir;

• Çiyələk yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır;

• Çiyələyin saplağı giləmeyvədən ayrılmalıdır;

• Əgər çiyələkdən turş qoxu gəlirsə və dili qıcıqlandırırsa, belə məhsul yeyilmədən atılmalıdır;

• İsti havada çiyələk daha tez xarab olduğu üçün bu məhsul mütləq soyuducuda saxlanılmalıdır. İstehlakçı çiyələyin düzgün qaydada saxlanılmasından əmin olduqdan sonra onu yeməlidir;

• Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü meyvələrə üstünlük verilməlidir;

• Antisanitar şəraitdə satılan çiyələklərdən istifadə təhlükəlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax yolunda ağır qəza: 5 nəfər xəsarət aldı
“Bəy hamamı”nda yanğın oldu -FOTO/YENİLƏNDİ
Tehrandan Ukraynadakı münaqişəyə baxış -Kim qalib gələcək?

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR