Avstriya kansleri Karl Nehammer Ukraynaya səfər edib.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə kanslerin mətbuat xidməti bildirib.
K.Nehammerin paytaxt Kiyevdə ölkə prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqalla görüşü planlaşdırılır.
Bundan başqa, kansler V.Zelenskinin dəvəti ilə Buça şəhərinə də gedəcəyini bildirib.
Xatırladaq ki, ötən gün Slovakiyanın baş naziri Eduard Heger və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya səfər etmişdi.
Oxu24.com
ŞƏRHLƏR