Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68007
az

Günün qoroskopu: Məsuliyyətli və ciddi olun, işi yarımçıq qoymayın9 Aprel 2022

00:4309 Aprel, 2022
261
CƏMİYYƏT
  • A

Qoç - məsrəflərin çox olacağı bir gündür. Pulları asanlıqla, düşünmədən xərcləsəniz, risklərlə qarşılaşa bilərsiniz. İşlərin öhdəsindən pis gəlmirsiniz. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görmək istəmirlər. Durum sizdə inciklik və ya bədbinlik yaratmasın. Düşünülməmiş addımlar atmayın, spontan qərarlar verməyin. Təmkinlə davransanız, diqqəti cəlb edəcəksiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş olacaq. İntuisiyanız güclüdür. O, sizi çətinliklərdən keçirir. Situasiyaya müqavimət göstərməyin. Xoş və dəyərli hədiyyə ala bilərsiniz.

Buğa - yaşam enerjisinin çatışmazlığından şikayətlənməyə haqqınız yoxdur. Bir çox işlər görə bilərsiniz. Çox mürəkkəb sifariş və ya tapşırığı yerinə yetirəcəksiniz.

Günün ikinci yarısı görüş, sizin üçün mürəkkəb mövzunun müzakirəsi üçün əlverişli zamandır. Problemlər çözümünü tapır. Yeni imkanlar yaranır.

Kommersiya fəaliyyəti düşərli olacaq. Gəlir əldə edəcəksiniz. Pulları yalnız öz biznesinizə, işlərinizə yatırın. İşgüzar mövzuda başlanan görüşdə sonradan romantik hisslər yaşana bilər.

Əkizlər - çətin, qarışıq gündür. İndiyədək asan və sadə hesab etdiyiniz işlər ehtimal etdiyinizdən də mürəkkəb və hətta təhlükəli səciyyə alır. İtkiləri minimallaşdırmağın yollarını tapın. Dürüst yolu seçin. Bu və digər qərarı niyə qəbul etdiyinizi izah etmək üçün çox vaxt itirməyin.

Günün ikinci yarısında uzaq tanışlardan biri sizinlə maraqlanacaq. Yeni tanışlıqlar, romantik münasibətlər üçün əlverişli zamandır.

Axşam saatlarına yaxın aktivliyinizi bir qədər azaldın. Ailənizə vaxt ayırın.

Xərçəng - bütün işlərin öhdəsindən gələ bilməməyinizlə barışın. Güclü, nüfuzlu, hiyləgər rəqibləriniz var. Yetərincə yorucu olsa da, işləri tamamlayın. Geri çəkilməyin. Rəqabət maraqlı ola bilər. Qarşınızda duran problemlərin çətinliyi sizin qəbul etmək məcburiyyətində qaldığınız çağırışdır.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Yeni tanışlıq, hisslərin etirafı, romantik görüş üçün əlverişli vaxtdır.

Axşam saatlarında sizi xoş sürprizlər gözləyir.

Şir - uğursuz gün ola bilər. Ən xırda, mənasız məsələlərə görə yaxınlarınızla qarşıdurmalar, münaqişələr yaranır. Ehtiyac yaransa da, güzəştə meylli deyilsiniz.

Belə davransanız, problemlərinizin sayı sürətlə artacaq. Sakitləşin, effektiv yolu seçin. Həddən ağır fiziki iş məsləhət deyil. Yorğunluq sizdə stressi daha da artıra bilər.

Günün ikinci yarısında sevdiyiniz insanla ünsiyyətdə diqqətli olun. Münasibətlərin sərinləşməsinə yol verməyin. Səfərə yollanmaq məsləhət deyil. Yolda təxminlədiyinizdən də çox vaxt keçirəcəksiniz. Sonuc isə sizi qane etməyəcək.

Qız - əvvəlki günlərdən fərqli olaraq işgüzar fəallıq səviyyəsi bir qədər aşağıdır. Süst olmayın, tənbəllik etməyin. Asta, aramla çalışaraq məhsuldarlığı azaltmayın. İşdə rəhbərlik və həmkarlar sizinlə danışmaq istəyirlər. Tərəfdaşla durumu müzakirə edin. Aqressiv və qıcıqlı olmayın.

Münaqişə yaratmayın. Mübahisə olarsa, durum təhlükəli vəziyyətə düşənə qədər problemi həll edin.

Günün ikinci yarısında məqsədə çatmaq üçün aşkar vasitələr seçib transparet hərəkət formasını seçməyin. Hədəfə dolayı yollar aparır. Fəndgir olun, effektiv işləməyə can atın.

Tərəzi - istənilən formada riskdən uzaq durun. Dürüst davranın. Ehtiyatlı və sayıq olmaq bu gün ən yaxşı yardımçılarınızdır. Saatlar keçəndən sonra yaxşı ideya yaranacaq. Həmin ideyanı dərhal reallaşdırmağa başlayın. Ötənlərdə yaşanmış hadisələri bir daha xatırlayın. Özünüzlə yanaşı, yanınızdakı insanları da heyrətləndirəcək nəticəni görəcəksiniz.

Günün ikinci yarısında yaxınlarınızla tam qarşılıqlı anlaşmaya nail olmağa çalışın. Ümumi maliyyə vəsaiti və əmlakın idarə olunması ilə bağlı məsələni həll etmək, habelə uzunmüddətli planlaşdırma üçün münasib zamandır.

Əqrəb - müstəqilliyə can atırsınız. Fərdiliyiniz və təkrarolunmazlığınızı bir daha göstərmək üçün ümumi "oyun qaydaları"nı pozmayın. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Müttəfiq olmasa, işlər çətinləşəcək. Belə adam sizi bütün çətin işlərdə dəstəkləyə bilər.

Günün ikinci yarısında sərt danışmayın, aqressiv danışmayın, münaqişəyə səbəbkar olmayın. Sevdiyiniz insanla təmaslarda sakit olun, qarşı tərəfi anlamağa çalışın.

Aqressiyaya meylli davranmayın.

Oxatan - işləmək üçün əla gündür. Yorucu, usandırıcı, mürəkkəb, xüsusi bilik və bacarıq tələb edən işlərin öhdəsindən gələcəksiniz. Diqqətinizi əsas məqama yönəldərək ikinci dərəcəli, o qədər də əhəmiyyətli olmayan məsələləri kölgədə saxlayın. Kiçik işləri etibar etdiyiniz insanlara həvalə edərək, gerçəkdən də, mühüm sifariş və ya layihənin icrası ilə məşğul olun.

Özünüzü həddən ziyadə yormayın. Yorğunluq səhvlərə yol açır.

Günün ikinci yarısında yaxınlarınız sizi anlamayacaqlar. Əvvəlki günlərdən fərqli olaraq daha geniş izahata, bəlkə də özünüzə haqq qazandırmağa zərurət yarana bilər. Travma riski artır. Sükan arxasında, kəsici alətlərlə iş zamanı ehtiyatlı olun.

Oğlaq - yaxın ətrafdakı insanlarla anlaşmaq, dil tapmaq çətinləşir. Bu yaxınlaradək birgə çalışdığınız insanlardan biri ilə münasibətlərdə problemlər yaranacaq. Sevdiyiniz insanlara kəskin iradlar bildirsəniz, mübahisə və hətta münaqişə qaçılmazdır.

Günün ikinci yarısında maliyyə itkisi, bahalı əşyanın sınması, əmlaka zərər dəyməsi riski var. Maddi yardım üçün dosta müraciət etmək məcburiyyətində qala bilərsiniz.

Planlaşdırılmamış səfər uğursuz alınacaq. Səhhətinizə fikir verin.

Dolça - yaxın qohumlardan biri ilk baxışdan xoşagəlməz təsir bağışlayacaq sürpriz edə bilər. Emosiyalarınıza hakim olun. Qıcıqlanmayın, sinirlənməyin. Əks təqdirdə münaqişə yarana bilər. Situasiyanı təmkinli və sakit şəkildə təhlil edin. Anlayacaqsınız ki, hər şey o qədər də pis deyil. Olayların əlverişsiz axarından faydalanmağa çalışın.

Günün ikinci yarısında maliyyə və əmlakla bağlı asan olmayan, müstəqil qərar verməli olacaqsınız. Ehtiyatlı və diqqətli olun. Tələsməyin. Səhv etmək istəmirsinizsə, kimsənin sizə təzyiq göstərməsinə imkan verməyin.

Balıqlar - yetərincə uğurlu gündür. Müsbət təmayüllərin təsiri şəxsi münasibətlərdə daha çox olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin normal məcradan çıxmasına imkan verməyin. Bir çox problemlərin öhdəsindən gələ bilərsiniz. Yaşamınıza əhəmiyyətli təsir göstərəcək yeni münasibət, yeni əlaqə istisna deyil. Hisslərinizi etiraf edin.

Matrimonial təklif etmək olar.

Günün ikinci yarısında işgüzar fəaliyyətin bir qədər azalması istisna deyil. Vəzifə səlahiyyətlərinin icrası, tapşırıqların yerinə yetirilməsi, sifariş olunmuş işin görülməsi sizi usandıra bilər.

Məsuliyyətli və ciddi olun, işi yarımçıq qoymayın.

Axşam saatlarında gəzintiyə çıxın.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir
Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi