Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67941
az

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı məlumat YAYDI

22:2307 Aprel, 2022
607
DÜNYA
  • A

Rusiyanın Yuxarı Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir atəşkəs  pozuntusu qeydə alınmayıb.
 

Oxu24.com  xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya sülhməramlıları Əsgəran, Ağdərə, Xocavənd və Laçın dəhlizində dörd marşrut üzrə patrul xidməti həyata keçirib.

Qeyd olunur ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

"Sülhməramlı kontingentin mühəndis-istehkam dəstələri ərazinin yoxlanılması, minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsini davam etdirir. Gün ərzində 1,8 hektar ərazi təmizlənib", - məlumatda deyilir.

Vurğulanır ki, 2020-ci il noyabrın 23-dən indiyədək ümumilikdə 2362,3 hektar ərazi, 689,5 kilometr yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26 min 258 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın Baş naziri Türkiyəyə gedib
Zelenski Xarkova getdi
Moldovalı müxalifət lideri Rusiya pasportu aldı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qusar bələdiyyəsinin sədri həbs olundu