Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67937
az

"AZOV" RUS TANKLARINI BELƏ MƏHV EDİR - VİDEO

22:2907 Aprel, 2022
301
SİYASƏT
  • A

Ukraynanın “Azov” alayı mühasirəyə alınmış və Rusiya qüvvələrinin sıza bildiyi Mariupol şəhərində işğalçıları zərərsizləşdirməyə davam edir. “OXU24.COM” xəbər verir ki, bu barədə “Azov” alayının rəsmi teleqram kanalında məlumat verilib.

Paylaşılan videogörüntülərdə “Azov” alayının döyüşçüləri Rusiyaya aid 2 tankı məhv ediblər.

Şəhərin tam mühasirəsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmirlər.

Xatırladaq ki, şiddətli döyüşlərin getdiyi Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayıdır. Şəhər martın 1-dən bəri mühasirədədir. Bununla belə, Rusiya Silahlı Qüvvələri şəhəri tam ələ keçirə bilməyib.

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ermənistan sərhədlərini niyə QORUYUR? - NARAHATDIR!
İran Quru Qoşunları və PUA-larını Azərbaycanla Ermənistan sərhədlərinə göndərdi

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO