Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67861
az

“Allergik xəstəliklərin müasir müayinə və müalicəsinin aspektləri”

18:5906 Aprel, 2022
278
CƏMİYYƏT
  • A

Mərcan Medicare Clinic təşkilatçılığı İmmunotek S.L. (İspaniya), MADX (Avstriya), NİOX (İsveçrə) avadanlıqlarının eksklüziv distribyuteri olan "İMPLANTECH"" şirkətinin dəstəyi ilə0 6-07 aprel tarixlərində Mərcan Medicare Clinic - də "Allergik xəstəliklərin müasir müayinə və müalicəsinin aspektləri" mövzusu üzrə seminar keçirilir. Seminarın məruzəçisi A.A. Boqomolets adına Milli Tibb Universitetinin tibbi genetika bölməsi olan Klinik immunologiya və allerqologiya kafedrası asistenti, Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyasının həqiqi üzvü Həkim-allerqoloq Yuriyev Sergey Dmitriyeviçdir.

Seminarda Bakı şəhərinin müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan 50 (əlli)-yə yaxın həkim-allerqoloq iştirak edir. Seminar zamanı həkimlər Allergen-spesifik immuno-terapiyanın əsasları, 2-ci tip astmanın diaqnostikası,allerqologiyanın dəqiq molekulyar diaqnostikasının nəzəriyyəsi, xəstənin allergik pasportu  - ALEX2, respirator tozcuq allergenlər, məişət respirator allergenlər (diaqnostika, müalicə prinsipləri), qida allergiyası və carpaz allergenlər, qida dözümsüzlüyü - FOX test üzrə biliklər və bacarıqlar əldə edəcəklər.

Mərcan Medicare Clinic-də müasir standartları özündə cəmləşdirən, Azərbaycanda ilk və tək olan, 295 növ allergen göstəricili ALEX2 aparatı vasitəsi ilə allergik xəstəliklərin müasir müayinəsi və müalicəsini həyata keçirilir. Bununla yanaşı klinikada aşağıdakı xidmətlərdə fəaliyyət göstərilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tibbində yenilik - xəstə yuxuda ikən...
Azərbaycanda işsizlərə pul ödəniləcək - VİDEO
Sabah bu ərazidə də işıq kəsiləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat