Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67832
az

Oruc haqqında 40 HƏDİS

22:5905 Aprel, 2022
309
CƏMİYYƏT
  • A

Allahın Peyğəmbəri (s) buyurdu: "Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."

1- İmam Əli (ə): "Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu: Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir.
Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır.

Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır..."

Mən qalxıb ərz etdim: "Bu ayda ən yaxşı əməl nədir?"

Allahın Peyğəmbəri (s) buyurdu: "Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."

2- İmam Əli (ə.s): "Ramazan Allahın ayı, Şaban Rəsulullahın ayı, Rəcəb mənim ayımdır."

3- Allahın Peyğəmbəri (s): "İnsan, ramazan ayının fəzilətini bilsəydi, ilin hamısının ramazan olmasını istəyərdi."

4- İmam Sadiq (ə.s): "Ən yaxşı (fəzilətli) cihad isti havada oruc tutmaqdır."

5- Allahın Peyğəmbəri (s): "Səmanın qapıları ramazan ayının ilk gecəsi açılar və son gününün gecəsinə qədər bağlanmaz."

6- İmam Sadiq (ə.s): "Kim ramazan ayında (Allahın kitabından) Qurandan bir ayə oxusa, digər aylarda Quran xətm edən şəxs kimidir."

7- Allahın Peyğəmbəri (s): "Cənnət, hər il ramazan ayının gəlişiylə bəzənib zinətlənər."

8- İmam Sadiq (ə.s): "İnsanın başına bir bəla (müsibət ) gəldiyi zaman oruc tutsun."

9- İmam Zeynəlabidin (ə.s): "Salam olsun sənə ey ramazan ayı ki, heç bir ay səninlə fəzilətdə yarışa bilməz."

10- Allahın Peyğəmbəri (s): "Cənnət dörd nəfərin həsrətini çəkər, ....biri də ramazan ayında oruc tutandır."

11- Allahın Peyğəmbəri (s): "Ramazan ayı bütün ayların, Qədr gecəsi isə bütün gecələrin əfəndisidir."

12- Allahın Peyğəmbəri (s): "Kim ramazan ayını oruclu tutarsa və haramlardan, böhtandan çəkinərsə, Allah ondan razı olar və cənnəti ona vacib edər."

13-İmam Baqir (ə):"Allahın Rəsulu (s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı: "Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar

14- İmam Baqir (ə): "Ramazan ayının digər aylara üstünlüyü Rəsulullahın digər peyğəmbərlərə üstünlüyü kimidir."

15- Allahın Peyğəmbəri (s): "Ramazan ayı elə bir aydır ki, başlanğıcı rəhmət, ortası bağışlama və sonu Cəhənnəm atəşindən xilas olmadıyar."

16- İmam Əli (ə.s): "Oruc, qul ilə yaradanı arasında bir ibadətdir, Allahdan başqa kimsə onu bilə bilməz."

17- Allahın Peyğəmbəri (s): "Hər şeyin bir qapısı vardır, ibadətin qapısı da Orucdur."

18- Allahın Peyğəmbəri (s): "Oruc səbrin yarısıdır."

19- Allahın Peyğəmbəri (s): (Səhabədən birinə xitab olaraq): "Oruc tut; çünki oruc kimi bir ibadət yoxdur (onun yerini tutacaq bir şey yoxdur)."

20- Allahın Peyğəmbəri (s): Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar."

21- İmam Əli (ə.s): "İslam beş təməl üzərinə qurulmuşdur; namaz, zəkat, həcc, oruc, vilayət."

22- Allahın Peyğəmbəri (s): "Oruc, cəhənnəm atəşindən qoruyan bir sipərdir (qalxandır)."

23- Allahın Peyğəmbəri (s): "Üç əməl Allahın rəhmətindəndir: Gecə namazı qılmaq, mömin qardaşın halını soruşmaq və oruc tutmaq."

24- Allahın Peyğəmbəri (s): "Allahı Təala mələkləri oruc tutanlara dua etməklə vəzifələndirmişdir."

25- Allahın Peyğəmbəri (s):: "Oruc tutanın yuxusu ibadət, susması təsbih, əməli qəbul və duası müstəcab olar."

26- Allahın Peyğəmbəri (s): "Oruc tutanın duası rədd edilməz."

27- Allahın Peyğəmbəri (s): "Cənnətin Rəyyan adlı bir qapısı vardır; o qapıdan ancaq oruc tutanlar girəcək."

28- İmam Kazım (ə.s): "Oruc tutanın duası iftar vaxtı qəbul olar."

29- Allahın Peyğəmbəri (s): "Oruc tutan bir şəxsə, təhqir edildiyi vaxt "Allahın salamı sənə olsun mən bu gün orucluyam" desə, Allahı-Təala buyurar: "Oruclu qulum mənə sığındı, onu cəhənnəm atəşindən qoruyub cənnətimə yerləşdirin."

30- İmam Sadiq (ə.s): "Oruc tutan hər mömin imsaq və iftar vaxtlarında Qədr surəsini oxusa, bu iki vaxt arasında Allah yolunda canını verən şəxs kimidir."

31- Allahın Peyğəmbəri (s): "Oruc tutan şəxsin iki xoşbəxtliyi vardır; iftar vaxtı və Qiyamət günü."

32- İmam Əli (ə.s): "Hər şeyin bir zəkatı vardır, bədənin zəkatı da orucdur."

33- İmam Sadiq (ə.s): "Allah, orucu zəngin ilə kasıb bərabər olsunlar deyə vacib edib."

34- Həzrət Fatimə (s.ə.): "Allah-təala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir."

35- İmam Baqir (ə.s): "Hər şeyin bir baharı vardır, Quranın baharı da ramazan ayıdır."

36- Allahın Peyğəmbəri (s): "Bu ay ramazan deyə adlandırıldı; çünki bu ay günahları təmizləyər."

37- Allahın Peyğəmbəri (s): "Nəfsimi əlində tutan Allaha and olsun ki oruc tutan kimsənin ağızının qoxusu Allahın yanında müşk qoxusundan daha yaxşıdır."

38- İmam Sadiq (ə): "Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağı"

39- Allahın Peyğəmbəri (s): "Kim ramazan ayını oruc tutsa və haramlardan çəkinsə, Allah onun keçmiş günahlarını bağışlayar."

40- Allahın Peyğəmbəri (s): "Ey gənclər, sizdən kimin gücü çatsa evlənsin; çünki bu, gözün haramdan çəkinməsini və iffətin qorunmasını təmin edər. Kimin evlənməyə gücü çatmazsa; oruc tutsun; çünki oruc, cinsi arzuları nəzarət etmədə çox faydalıdır."

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl dişlərimizi fırçalamasaq, nə olar?
Xəzərdə suyun səviyyəsi rekord həddə azalıb - fəsadları nə olacaq? - VİDEO
İDDİA: "Kənd yumurtası" adı altında broyler yumurtaları satılır -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı