Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67824
az

"Ət xalı" xərçəngə çevrilə bilər?

21:0705 Aprel, 2022
200
CƏMİYYƏT
  • A

Xalq dilində "xal" dedikdə bəzən dəridən qabarıq, bəzən dəri səviyyəsində olan qara-qəhvə və dəri rəngindəki dəri törəmələri nəzərdə tutulur.

Fəqət elmi dildə desək, nevuslar histopatoloji xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılır. Nevuslar epitleden, birləşdirici toxumadan, damarladan və dərinin rəngini təyin edən melanosit hüceyrələrindən əmələ gələ bilər. Dəri xərçəngi olan melanoma məhz melanosit xallarından vəya melanositik nevuslardan əmələ gəlir.

Bəs "ət xalı" haqda nə bilirik? Onları müalicə etmək olurmu?

Sualımızı cavablandıran uzman dermatoveneroloq Mehdi İskəndərli "Şərq"ə açıqlamasında deyib ki, "ət xalı"' dedikdə "ət rəngində"' yəni dəri rəngində olan dəri törəmələri nəzərdə tutulur. Həkim qeyd edib ki, bunlardan heç bir zaman dəri xərçəngi törəyə bilməz:

"Bunlar əsasən boyunda, qoltuq altında, qasıqlarda və göz qapaqlarında ortaya çıxır. Polip olaraq  adlandırılan ət xalları genetik, endokrin xəstəliklər və daxili orqanların bədxassəli şişləri fonunda da əmələ gələ bilər.

Bundan əlavə dəridə dəri rəngində olan başqa dəri törəmələri də vardir ki, ət xallarına bənzəyir.

Bu səbəbdən "ət xalları"' diaqnozu mütəxəssis tərəfindən qoyulmalı və daxili xəstəliklərdən qaynaqlanmadığına əmin olmaq üçün verilən analizlərdən sonra müalicə edilməlidir. Ət xallarının müxtəlif müalicə üsulları vardır. Hər biri də ağrısız və təhlükəsiz şəraitdə aparılır.

Ən çox istifadə edilən metod isə maye azot və ya krioterapiya üsuludur. Lakin bəzi hallarda ət xalları qiqant ölçülərə gəlib çıxa bilir. Belə olan halda törəmənin cərrahi üsulla aradan qaldırılması mümkün ola bilər.

Ət xalı problemi kiçik ölçülərdə ikən müalicə edilsə həm maliyyə, həm də fəsadlar baxımından xəstələr üçün uğurlu olar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp”ın yeni funksiya
Bu ərazidəki mənzillər təmir ediləcək
Yatmazdan əvvəl dişlərimizi fırçalamasaq, nə olar?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı