Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67809
az

Partlayışa görə həbs edilən menecer obyekti qardaşı ilə birgə açıbmış - FOTO

18:5405 Aprel, 2022
201
  • A

Xəbər verdiyimiz kimi, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.

OXU24.COM bildirir ki, qafqazinfo həbs edilən menecer Orxan Səfərovla bağlı bəzi məlumatları əldə edib.

Məlum olub ki, O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində "Z Place" adlı gecə klubunu işlədib. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti icarəyə götürərək oranı "Location" gecə klubu adı ilə açıblar.

Qeyd edək ki, gecə klubunu icarəyə götürərək işlədən "Merser Food" MMC-nin hazırda 711 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi əvvəllər Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur. Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi