Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67730
az

Çernobıl AES-ə Ukrayna bayrağı sancıldı

21:3502 Aprel, 2022
557
DÜNYA
  • A

Rusiya hərbi qüvvələrinin çəkilməsindən sonra Çernobıl Atom Elektrik Stansiyasının (AES) üzərində Ukrayna bayrağı qaldırılıb.

OXU24.COM xəbər verir ki, bu barədə Ukraynanın "Energoatom” dövlət şirkətinin "Telegram” hesabında yaydığı bəyanatda bildirilib.

"Bu gün, 2 aprel saat 11:00-da Ukrayna himni oxunaraq Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb. Çernobıl AES-in fevralın 24-də işğal başlayandan ağır şərtlər altında qəhrəmancasına çalışan, stansiyada və yaxınlıqdakı müəssisələrdə nüvə və radiasiya təhlükəsizliyini təmin edən bütün heyəti mərasimdə iştirak edib”, - bəyanatda qeyd olunub.

Əlavə olunub ki, AES-i ələ keçirən Rusiya hərbçiləri iki kolon şəklində Ukrayna-Belarus sərhədinə hərəkət ediblər.

Qeyd edək ki, AES və ətrafındakı ərazilər fevralın sonlarında Rusiya qoşunlarının nəzarətinə keçmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO
Rusiyada zəlzələ oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub