Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67725
az

Ramazan aprelin 3-də başlamalıdır? - Şeyxdən cavab

20:3002 Aprel, 2022
251
CƏMİYYƏT
  • A

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprel ayının 3-də başlayacağını iddia edənlərə cavab verib.

OXU24.COM Unikal.org-a istinadən xəbər verir ki, Allahşükür Paşazadə QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fitvada AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad edildiyini deyib.

"Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.

Kamal Hüseynov bildirdi ki, Azərbaycan üfüqündə 1 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06:42-də doğub. Həmin gün 19:04-də Günəş batıb, 19:18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib. Bu gün isə Günəş 19:05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec, 20:23-də batacaq. Hilalın işıqlanması 2% olacaq. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq. Beləliklə QMİ-nin verdiyi fitva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”, - QMİ sədri qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfqan Baxışova VƏZİFƏ VERİLDİ
Əhalinin yeni sayı açıqlandı
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib