Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67683
az

Vahid Ələkbərov 17,4 milyard dollar itirib - Siyahı

18:1901 Aprel, 2022
315
CƏMİYYƏT
  • A

Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən bu günə kimi 50,1 milyard dollar azalıb.

Bu barədə məlumatı “ Bloomberg Billionaires Index (BBI)” reytinqinə əsasən “RİA Novosti” yayıb.

Məlumata görə, sərvəti ən çox azalan sahibkar “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov olub.

Belə ki, onun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.

Bununla yanaşı, hazırda Rusiyanın ən varlı insanı, “Nornikel” şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin ilin əvvəlindən bu yana 1,47 milyard dollar itirib. Bununla belə, onun sərvəti 29,4 milyard dollar olaraq qiymətləndirilir.

Rusiyalı milyarder Roman Abromoviçin sərvəti isə ilin əvvəlindən 3,6 milyard dollar azalaraq 14,4 milyard dollar təşkil edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq
Hər gün içmək bu xəstəliklərə yol açır - SİYAHI
Təcili yardım maşını piyadanı vuraraq öldürdü

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı