Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67635
az

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

19:0431 Mart, 2022
238
DÜNYA
  • A

"Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsi "DubayEkspo"ümumdünya sərgisində və "CapacityMiddleEast 2022" qlobal telekommunikasiya tədbirindətəqdim edilibvə beynəlxalq marağa səbəb olub.Layihənin məqsədi Azərbaycandan keçməklə Avropa və Asiyanı birləşdirəcək telekommunikasiya dəhlizininyaradılmasıdır. NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom tərəfindən həyata keçirilən layihə Azərbaycanda informasiya texnologiyalarının və rəqəmsal ekosistemininkişafı, eləcə də ölkənin regionun rəqəmsal mərkəzinə çevrilməsinə xidmət edir.

"Dubay Ekspo"daAzərbaycan Pavilyonunda "Rəqəmsal İpək Yolu - Sərhədləri Aşan Bağlantı" tədbirində layihənin təqdimatı keçirilib. Tədbirə Transtelecom, Türk TelekomInternational, TelecomItaliaSparkle, TelekomMalaysia, GulfBridgeInternational - Telecom Qatar, OneWeb, Telegraph 42 ManagementGmbh, Fastweb, NTT və digər nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri qatılıb.

Həmçinin, Dubayda "CapacityMiddleEast 2022" tədbirində beynəlxalq tərəfdaşlar layihəyə böyük maraq göstərib. Google, Cienna, Lumen, Neterra, ChinaTelecomGlobal, ChinaMobileInternational, VodafoneCarrierServices, TurkcellSuperonline, VodafoneTurkey, Batelco, STC və digər iri beynəlxalq şirkətlərlə danışıqlar aparılıb. Layihə üzrə müxtəlif telekommunikasiya operatorları və təchizatçıları ilə əməkdaşlıq modelləri razılaşdırılıb və anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.

Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə formalaşan "Rəqəmsal İpək Yolu" regiondarəqəmsallaşmanın və bağlantı xidmətlərinin inkişafına mühüm töhfə verəcək. Qlobal tədbirlərdə layihənin təqdimatı, faydalı müzakirələr və əldə olunan razılaşmalarbeynəlxalq tərəfdaşların ciddi marağını göstərib.Ölkənin enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq, layihə Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsinə də töhfə verəcək.
"Rəqəmsal İpək Yolu" layihəsi 2020-ci ildə ABŞ-da "Qlobal Strateji İnfrastruktur Liderlik Forumu"nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri seçilib.

NEQSOL Holding-in tərkibində olan"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır.NEQSOL Holding beynəlxalq şirkətlər qrupusəkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı