Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67629
az

Apreldə hava necə olacaq? - Aylıq proqnoz

17:5331 Mart, 2022
281
CƏMİYYƏT
  • A

Aprel  ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, mülayim keçəcəyi, temperaturların tədricən yüksələcəyi gözlənilir.

Bakıda  və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  11-14°  isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 8-13° isti, gündüzlər 13-18° isti, bəzi günlərdə 23-28° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 23-33 mm).

Naxçıvan  Muxtar  Respublikasında havanın orta aylıq  temperaturunun 12-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 8-13° isti, bəzi günlərdə 3°-dək şaxta, gündüzlər  15-20° isti, bəzi günlərdə 25-30° isti  olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma  34-59 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun  6-10° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10° isti, bəzi günlərdə 0-3° şaxta,  gündüzlər  10-15° isti, bəzi günlərdə 18-23° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı  gözlənilir (norma 54-83  mm).

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun  12-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu  7-12° isti, gündüzlər 14-19°  isti, bəzi günlərdə 22-27° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  olacağı gözlənilir (norma  31-54 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 10-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 6-11° isti, bəzi günlərdə 5°-dək şaxta, gündüzlər 11-16° isti, bəzi günlərdə 20-25° isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma  29-126 mm).  Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun   13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 7-12° isti, gündüzlər  14-19° isti, bəzi günlərdə 25-30°  isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir  (norma 30-49 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun  10-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 7-12° isti, gündüzlər  13-18° isti, bəzi günlərdə 22-27° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tibbində yenilik - xəstə yuxuda ikən...
Azərbaycanda işsizlərə pul ödəniləcək - VİDEO
Sabah bu ərazidə də işıq kəsiləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü