Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67628
az

Rusiya Ukraynada yox, Qarabağda çökəcək - Müharibənin istiqaməti dəyişir

17:4331 Mart, 2022
319
CƏMİYYƏT
  • A

Ermənistan 44 günlük müharibədən sonra ilk dəfə bu qədər odla oynamağa başlayıb. Belə görünür ki, Ermənistan hakimiyyətinin ritorikasından əl çəkməməsi, revanş qoxusunun ta İrəvandan duyulduğu hər bəyanatın arxasında onlara müəyyən "mükafatlar" vəd edən qüvvələr mövcuddur.

Dünən Qondarma DQR Parlamentinin "Milli Təhlükəsizlik Orqanları haqqında" qanuna dəyişikliklər qəbul edərək öz strukturunda döyüş hissələrinin yaradılması faktı təsdiq edir ki, bu, tək Ermənistanın başının altından çıxan məsələ deyil.

Bununla da qondarma rejim 10 noyabr üçtərəfli bəyanatındakı 4-cü bəndə zidd olaraq hələ də Qarabağdan çıxarılmayan erməni terror dəstələrinin fəaliyyətini həmin ərazilərdə mövcudluğunu Azərbaycan Ordusu onları gorbagor edəcəyi tarixə kimi leqallaşdırdığını zənn edir. 

Xocalıda baş verən son təxribatlar və Rusiya ilə Azərbaycan arasında sözügedən məsələdən irəli gələrək yaranan gərginlik fonunda bir gündə həmin istiqamətdə ikinci xoşagəlməz hadisə qeydə alındı. Belə ki, Xocalı rayonunun Pirlər kəndinin yaxınlığında qanunsuz erməni silahlı dəstəsinin üzvlərinə hərbi geyim və silah paylanıldığını əks etdirən görüntülər Ordumuzun mövqelərindən açıq şəkildə müşahidə edilib. Burada ən təəssüf doğuran məqam isə onlardan cəmi 200 metr aralıda Rusiya "sülhməramlıları"nın bu prosesi heçnə olmamış kimi səssiz-səmirsiz izləməsi olub.

Qondarma DQR-in təhlükəsizlik xidmətinin nəzdində müdafiə qrupları yaradılmaqla ardınca Pirlər kəndi yaxınlığında bu mənzərənin şahidi olmağımız heç də sıradan adi bir hadisə deyil. Əgər Ermənistan dediyi kimi Azərbaycanın təklif etdiyi 5 maddəlik sülh paketinə "hə" deyirsə, əgər Ermənistan həqiqətən də bölgədə, regionda sülh, əminamanlıq istəyirsə, bəs o zaman bu terror hazırlığına, suverenliyimizə təhdid olan ərazimizdəki bu hadisəyə nə ad verək?!

Bu fakt özü bir daha təsdiq edir ki, Ermənistan bu regionda sabitliyə təhdid məqsədilə yaradılıb ki, onun vasitəsilə bir çox güclü dövlətlər Cənubi Qafqazda öz maraqları naminə erməni amilindən daim istifadə edə bilsinlər. Başqa dövlətlərin əlində tarix boyu maşa olan Ermənistan üçün bu məsələ bu gün də yad deyil. Təəssüflər olsun ki, rəsmi İrəvan indi də öz xalqının gələcəyini, ölkəsinin güzəranını düşünmək, bunun üçün mübarizə aparmaq əvəzinə yad qüvvələrin təsiri, sifarişi əsasında Azərbaycana qarşı revanşizm iddiasından əl çəkməyəcəyini nümayiş etdirməkdə davam edir. 

Belə aydın olur ki, başqa dövlətlərin, beyin mərkəzlərinin Ermənistan vasitəsilə bölgədə yenə də öz geosiyasi maraqlarını, ambisiyalarını həyata keçirmək istəkləri səngiyəcək kimi görünmür. Amma Ermənistan rəhbərliyi anlamalıdır ki, artıq çox təhülkəli sularda üzür. Çünki bu gün qarşısındakı Azərbaycan 1990-cı illərin əvvəllərindəki Azərbaycan yox, artıq regionda söz sahibinə çevrilən, mövqeyini nəhəng dövlətlərin hesaba qatdığı, onunla istər regional, istəqar qlobal məsələlərdə artıq hesablaşmağı zəruriləşdirən bir Azərbaycan var. 

ünən Britaniya silahlı qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippin Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti, müdafiə naziri və xarici işlər naziri ilə görüşü, eləcə də Şəhidlər Xiyabanını ziyarət etməsi deyilənlərin əyani sübutudur. Şübhəsiz ki, Rusiya tərəfindən (Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin - red.) dolayı şəkildə Azərbaycanın neft yataqlarının vurulması təhdidindən sonra Bakı neftində əsas pay sahibi olan beynəlxalq oyunçunun Azərbaycana səfər etməsi diqqəti çəkməyə bilməzdi. Bu səfər həmin bəyanatdan sonra bir təsadüf idi, yoxsa zərurət, bu başqa söhbətin mövzusu. Amma belə görünür ki, bir müddətdir üstüörtülü şəkildə Qafqaza proyeksiya edilən Britaniya-Rusiya çəkişməsi artıq daha açıq müstəviyə keçir. Səfər zamanı edilən ziyarət, müzakirə edilən mövzular deməyə əsas verir ki, artıq Britaniya üçün Cənubi Qafqaz strategiyası təkcə qaynaq, resurs məsələsi deyil. 

Belə olan halda isə ilk ağıla gələn məsələ Britaniyanın "Türk amili" sayəsində gələcəyin ən vacib geosiyasi bağlantısı olacağı ehtimallarının yüksək qiymətləmndirildiyi Çin və Avropa arasındakı strateji yol üzərində möhkəmlənməyə çalışmaq planıdır. Qərbin ciddi səylə Cənubi Qafqazdakı proseslərdən kənarlaşdırmağa çalışdığı Rusiya isə Ermənistan kimi cılız, zəif bir dövlətə görə Bakı ilə münasibətləri gərginləşdirməkdə davam etməyi gözə alarsa, o zaman bütün çıxarlarına yenidən göz gəzdirmək məcburiyyətini hiss etməlidir. Çünki Azərbaycan nə Qarabağdakı mövqeyindən geri addım atmayacaq, nə də atdığı imzanın adi kağız parçası olaraq qalmasına razı olmayacaq. Rəsmi Bakı istər 44 günlük Vətən müharibəsi olsun, istərsə də Xocalıdakı son proseslərlə göstərdi ki, istənilən an Ordusunun gücü əsas təzyiq vasitəsinə çevrilə bilər və bunu yaxşı bacarır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tibbində yenilik - xəstə yuxuda ikən...
Azərbaycanda işsizlərə pul ödəniləcək - VİDEO
Sabah bu ərazidə də işıq kəsiləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü