Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67597
az

Yoluxmanın azalması virusun tam bitməsi demək deyil - İnfeksionist

22:1130 Mart, 2022
330
CƏMİYYƏT
  • A

Ölkəmizdə koronavirusa yoluxma halları getdikcə azalır.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Yoluxmanın azalması virusun tam bitməsi demək deyil. Koronavirusa yoluxmanın azalması mövsümlə bağlı olsa da, əsas səbəb ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsidir. Ölkə əhalisinin təxminən 80%-nə qədəri iknci doza vaksin olunub. Üçüncü doza vaksin vurduranlar da kifayət qədərdir. Yoluxmanın azalması insanları aldatmasın. Vətəndaşlarımıza tövsiyəmiz odur ki, vaksin olunsunlar.

Vətəndaşlarımız üçün aktual olan suallardan biri də fərqli vaksinlər vurdurarkən "problem olmaz ki?" sualıdır. Lakin üç fərqli vaksin vurula bilər. Vaksinlər fərqli olsalar da, əsas mexanizmləri koronavirusa qarşı antitellər yaratmaqdır. Buna baxmayaraq, bir vaksinin azı iki dəfə vurulması daha effektiv nəticə verir", - M.Əliyev əlavə edib.

Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 876 nəfər koronavirus infeksiyasına yoluxub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ