Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67516
az

SON DƏQİQƏ! Rusiya-Ukrayna danışıqları başa çatdı

15:2129 Mart, 2022
482
SON DƏQİQƏ
  • A

Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərindəki görüşü başa çatıb.

Oxu24.com  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, danışıqlar 3 saat çəkib.


Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü başlayıb.

“Report” xəbər verir ki, Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya daxildir.

Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.

İkitərəfli müzakirələrdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşüb. Görüşdə yəhudiəsilli rusiyalı milyarder, İngiltərənin "Çelsi" futbol klubunun sahibi Roman Abramoviç də iştirak edib. Lakin onun ikitərəfli danışıqlarda birbaşa iştirak edib-etməməsi məlum deyil.

Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir
Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
Rusiya bu əraziləri ələ keçirdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı