Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67503
az

ŞAD XƏBƏR: Bu şəxslərə kompensasiya ödənəcək - VİDEO

09:2929 Mart, 2022
2608
CƏMİYYƏT
  • A

Mart ayında yağan intensiv yağışlar bəzi cənub rayonlarında təsərrüfat sahiblərinə ciddi zərər vurub. Əkin sahələrinin su altında qalması onları çıxılmaz vəziyyətdə qoyub. Kənd təsərrüfatı ilə yanaşı, ev və obyektlərə də ciddi ziyan dəyib. Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vətəndaşlara dəymiş zərərin ödənməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
 
Cənub bölgəsində seldən zərər çəkmiş vətəndaşlara kompensasiya ödənəcək.
 
Oxu24.com xəbər verir ki, bunu "XəzərXəbər"ə açıqlamasında Mili Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədrinin sözlərinə görə, sel nəticəsində Masallı və Cəlilabad rayonlarında əhaliyə dəymiş zərərin ödənməsi nəzərdə tutulub.

Millət vəkili bildirib ki, artıq selin əhaliyə vurduğu zərərin hesablanmasına başlanıb. Tahir Rzayevin sözlərinə görə, sel geniş ərazini əhatə etmədiyinə görə işlər qısa zamanda yekunlaşa bilər.
 

Qeyd edək ki, son günlər ölkənin cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, həmçinin qısamüddətli sel və daşqın müşahidə olunub. Nəticədə Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər subasmaya məruz qalıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərini su basmış sakinləri təxliyə ediblər. İntensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub.

SON DƏQİQƏ! Gecə saatlarında Rusiyaya ağır itki: Yüksək rütbəli hərbçilər məhv edilib

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

G7 ölkələri də Rusiyanı bu üsulla "VURA BİLƏRLƏR"
COP:Bakıdan əvvəl və sonra — VİDEO
2,5 milyon Polşa sakini yoxsulluq içində yaşayır

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı