Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67473
az

SON DƏQİQƏ! Müdafiə Nazirliyi mühüm açıqlama yaydı

19:4428 Mart, 2022
1876
CƏMİYYƏT
  • A

Müdafiə Nazirliyi son günlər vətəndaşların sosial şəbəkələr vasitəsilə “Müharibə veteranı” adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə cavab verib.

Nazirlikdən Oxu24.com-a bildirilib ki, bəzi şəxslər “Müharibə veteranı” adının verilməsi ilə bağlı əsassız tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar:

"Bildiririk ki, səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.

Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Faciəli şəkildə ölən şəxs tələbə imiş
Rubl və dollar neçəyədir? - MƏZƏNNƏ