Son 5 gün ərzində Rusiyanın Nijni Novqorod bölgəsi ərazisinə 600-ə yaxın həlak olan rusiyalı hərbçinin cəsədi gətirilib.
Oxu24.com Bu barədə “Dialog UA” məlumat yayıb.
Jurnalist Roman Tsymbalyuk isə öz Facebook sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, ölənlərin əksəriyyəti Mulino kəndində (Nijni Novqorod bölgəsinin Volodarski rayonu) yerləşən 47-ci tank diviziyasında xidmət edib.
Mənbələrin bildirdiyinə görə, hazırda ölən əsgərlərin cəsədlərinin tanınması prosesi davam edir.
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya martın 27-nə olan müharibə zamanı 16 min 600 əsgərini itirib.
SON DƏQİQƏ! Bu ərazilər Azərbaycanın nəzarətinə keçdi - RƏSMƏN TƏSDİQLƏNDİ
Oxu24.com
ŞƏRHLƏR