Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67422
az

Putinin ağlından nələr keçir? - casuslar cavab verir

20:4527 Mart, 2022
445
  • A

Qərb kəşfiyyat orqanları Rusiya prezidenti Vladimir Putinin özünü tələyə saldığı qənaətindədirlər və bu onları narahat edir.

Putinin nələr planlaşdırdığını təxmin etmək üçün kəşfiyyatçılar illərlə onun siyasətini analiz ediblər.

Rusiya qoşunları Ukraynada irəliləməyə çətinlik çəkdiyi günlərdə Putinin ağlından nələr keçdiyini öyrənə bilmək, təzyiqlərə necə reaksiya verəcəyini təxmin etmək indi həmişəkindən daha vacibdir.

Böhranın daha təhlükəli hal almasına imkan verməmək üçün onun hansı ovqatda olduğunu anlamaq həyati əhəmiyyət daşıyır.

Putinin xəstə olduğu barədə şaiyələr vardı, amma ekspertlər hesab edirlər ki, o, tam təcrid şəraitində yaşayır və ətrafında alternativ fikir söyləyə biləcək bircə nəfər də yoxdur.

Rusiya prezidentinin özünü təcrid etməsi uzun masaların yuxarı başında - başqalarından xeyli uzaqda oturmasından da bəlli olur.

Qərb kəşfiyyatçılarından biri bu qənaətdədir ki, Putinin işğal planı sanki bir KQB zabiti tərəfindən hazırlanıb - çox məxfi "sui-qəsd konspirasiyası" şəklində.

Amma bu plan tam bir xaosa gətirib çıxarıb. Rusiya ordusunun komandirləri hazır deyildilər və hətta bəzi əsgərlər sərhədi nə üçün keçdiklərini bilmirdilər.

Təkbaşına qərar verən
İnformasiya mənbələrini gizli saxlayan Qərb agentləri işğal planı haqqında Rusiya rəsmilərinin çoxundan daha çox şey bilirdilər.

Ancaq indi onlar xeyli çətin bir işin öhdəsindən gəlməli, Putinin bundan sonra atacağı addımlar haqqında məlumat öyrənməlidirlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO
Ermənistanın müharibə cinayətləri barədə yeni hesabat təqdim ediləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı