“Ukraynada həlak olan rusiyalı çağırışçıların qohumlarına kompensasiya ödənilmir və onların cəsədləri sadəcə olaraq yandırılır”.
Bu barədə “obozrevatel” nəşrinə müsahibəsində rusiyalı hüquqşünas və hüquq müdafiəçisi Mark Feyqin məlumat verib .
Feyqin təsdiqləyib ki, həqiqətən də Rusiya Federasiyasında mobil krematoriyalar (meyitlərin yüksək temperaturda yandırıldığı yer) alınıb, lakin onlar qənaətbəxş işləmir:
“Əsasən alman krematoriyalarından istifadə edirlər, çox bahadır. Rusiyada krematoriya düzəltmirlər, avadanlıq qərbə məxsus olmalıdır. Çətindir. Ona görə də eşitdiyimə görə, Rostovda qalıqları yandırmaq üçün demək olar ki, ərimə sobalarından istifadə olunur. Orada müxtəlif fabriklər var və onlar irimiqyaslı yandırmalar üçün istifadə olunur”.
Onun sözlərinə görə, Rusiyada heç bir ekspertiza aparmadan cəsədləri sadəcə utilizasiya edirlər.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna hərbçiləri müharibə başlayandan bəri təxminən 16,6 min işğalçını məhv edib.
Oxu24.com
ŞƏRHLƏR