Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67408
az

SON DƏQİQƏ! Ukrayna Ordusu əks-hücuma keçdi

16:4527 Mart, 2022
789
SON DƏQİQƏ
  • A

Ukraynanın müdafiə qüvvələri İzyum şəhəri yaxınlığında Rusiya təyyarəsini vurub və Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücuma keçib.

OXU24.COM  UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında bildirib.

“İzyum istiqamətində döyüşlər davam edir. Bu gün Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri İzyum vilayətində Rusiyaya məxsus “Su-34” qırıcısını məhv edib. Bu, düşmən ordusunun ən yeni təyyarələrindən biridir”, - O.Sinegubov yazıb.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığında mövqelərini qorumaqda davam edir, bəzi istiqamətlərdə isə əks-hücum əməliyyatına başlayıblar.

“Ötən gecə Xarkovda atışma davam edib, işğalçılar uzaqmənzilli silahlardan zərbələr endiriblər - təxminən 15 dəfə. Gecə saatlarında Xarkov xilasediciləri işğalçıların açdığı atəş nəticəsində Moskva və Sloboda rayonlarında yaranan yanğınları söndürmək üçün hadisə yerinə gediblər”, - məlumatda deyilir.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri işğalçıları digər yaşayış məntəqəsindən - Qusarovkadan qovub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəlzələ oldu
1500 məktəb bağlanır?- Nazirdən açıqlama
Siyavuş Kərimi vəzifəsindən azad olundu- Sərəncam

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO