ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələri cəzalandıracağını vəd edir.
Oxu24.com xəbər verir ki, “Financial Times”ın yazdığı kimi, Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan ilk növbədə işğalçı Rusiyaya yardım etdiklərinə görə sanksiyalara məruz qala bilərlər.
Bu, Vaşinqton tərəfindən Rusiyaya kömək etmək istəyən ölkələrə ilk xəbərdarlığı deyil.
Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da brifinq zamanı ABŞ-ın Rusiyaya yardım edən ölkələri cəzalandırmağa hazır olduğunu bildirib. O, əmin edib ki, Vaşinqtonda sanksiyaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün bir sıra alətlər var.
"Dünyanın bütün şirkətləri və ölkələri hazırda bu alətlərin nə olduğunu yaxşı bilir. Ehtiyac yaranarsa, biz onlardan istifadə etməyə hazırıq", - Sullivan. (virtual.az)
SON DƏQİQƏ! Putin sərəncam İMZALADI
Oxu24.com
ŞƏRHLƏR