Rusiya İstintaq Komitəsi Aleksandr Nevzorova qarşı cinayət işi açıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərəkətləri haqqında qəsdən yalan məlumatların etibarlı xəbərlər adı altında ictimaiyyətə yayılması) üzrə ittiham olunub.
İstintaq hesab edir ki, Nevzorov martın 9-da “Instagram” səhifəsində və “YouTube” kanalında Rusiya Silahlı Qüvvələri tərəfindən Mariupoldakı doğum evinin qəsdən atəşə tutulması barədə qəsdən yalan məlumat yayıb
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Nevzorovla istintaq və prosessual fəaliyyət aparmaq üçün onun yerini müəyyənləşdirirlər.
Oxu24.com
ŞƏRHLƏR