Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67245
az

SON DƏQİQƏ! Ukraynanın Müdafiə Nazirliyi açıqlama yaydı: Gecə nə baş verib?

09:4022 Mart, 2022
2425
  • A

Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı operativ informasiya yayıb.

Oxu24.com-un xəbərinə görə, nazirlikdən bildirilib ki, son sutka ərzində müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb.

“Buna baxmayaraq, qoşunlarımız ruslara zərbə endirməkdə davam edib və müəyyən ərazilərdə uğur qazanıb. Son 24 saatda qarşı tərəfin 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edilib. Həmçinin Hərbi Hava Qüvvələrimiz qarşı tərəfin şəxsi heyətinə və texnikasına sarsıdıcı zərbələr vurub. Son sutkada rus təyyarələrinin daha fəal hərəkəti müşahidə olunur”, - rəsmi məlumatda vurğulanıb.

Müdafiə Nazirliyindən qeyd olunub ki, Ukrayna ərazisindəki Rusiya qoşunlarının təminatı o qədər də yaxşı deyil: “Ruslar Belarus Silahlı Qüvvələrini müharibəyə cəlb etməkdən ötrü aqressiv təbliğatı davam etdirirlər. Sumı vilayətinin Oxtırka rayonunda rus hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın rus hərbçisi komandirlərinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib. Onlar 70 texnika ilə əməliyyat zonasını tərk ediblər. Ruslar Donetsk və Luqansk istiqamətlərində irəliləmək və möhkəmlənmək cəhdlərini davam etdirir. Lakin bu səylər nəticəsiz qalır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
Qaz olmayacaq
"Vətəndaş A" serialı yarımçıq dayandırılır? (AÇIQLAMA)

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı