Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə olaraq müdafiə strategiyasını təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç tviter hesabında məlumat verib.
Onun sözlərinə görə, proqram “Strateji kompas” adlanır.
“Avropa İttifaqı yenicə Strateji kompasını təsdiqlədi, o, Aİ-nin NATO ilə birlikdə geosiyasi müdafiə və təhlükəsizlik sahəsində əsl oyunçuya çevrilməsi üçün lazımi alətlər toplusunu təmin edir”, - Rinkeviç yazıb.
O vurğulayıb ki, bu, yalnız yolun başlanğıcıdır və çox şey Aİ-nin Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı nə dərəcədə uğurla dəstəkləyəcəyindən asılı olacaq.
SON DƏQİQƏ! Putin əmr verdi: Öldürülsün!
Oxu24.com
ŞƏRHLƏR