Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67189
az

Selə görə 10 kənd qazsız qaldı

20:1820 Mart, 2022
288
CƏMİYYƏT
  • A

Ölkə ərazisində yağıntılı hava şəraiti qaz təchizatına ziyansız ötüşməyib. 

 

“Azəriqaz”dan OXU24.COM-a verilən məlumata görə, Masallı rayonu ərazisində Alvadı Qaz Paylayıcı Stansiyadan qidalanan və 10 kəndi təbii qazla təmin edən yerüstü metal qaz kəmərinin Köhnə Alvadı kəndi ərazisindən keçən diametri 159 mm olan hissəsində sel sularının təsirindən qəza baş verib. 

 

Nəticədə 6682 əhali abonentinin qaz təchizatı dayandırılıb. Qısa müddət ərzində Şərəfə və Çaxırlı kəndlərində qaz təchizatı bərpa olunub. Hal-hazırda kəmərin sel suları altında qalması səbəbindən digər 8 kənddə ümumilikdə 4 981 əhali abonentinin qaz təchizatını bərpa etmək mümkün olmayıb. 

 

Qaz təchizatında fasilə yaranan kəndlər bunlardır: Təzə Alvadı, Köhnə Alvadı, Binə Xojavar, Böyük Xojavar, Meşəkənar, Bambaşı, Tatyanoba, Güllütəpə.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhid ailələri ilə bağlı daha bir- Qərar
Görün qəhvə insan bağırsaqlarına hansı təsirləri göstərir
Vəzifəli şəxs işdən çıxarıldı -FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı