Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67186
az

Ukrayna Müdafiə Nazirliyi şok açıqlama yaydı: Rus meyitləri...

19:4220 Mart, 2022
658
SON DƏQİQƏ
  • A

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün 25-ci günündə işğalçılar Kiyevə yeni hücuma başlamaq üçün atəş vasitələrini cəmləşdirir və logistika qurur. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının ötən gecə yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, Ukrayna qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq cəbhəsində döyüşlər aparır. Düşmənin cəmləşmə rayonlarına hava zərbələri endirilir, hava hücumundan müdafiə qüvvələri mühüm obyektləri və yaşayış məntəqələrini düşmənin hava zərbələrindən qorumağa çalışır. Ötən sutka ərzində Rusiya qüvvələri fəal hücum əməliyyatlarına cəhd göstərməyiblər və əsasən yaşayış məntəqələrinə raket-artilleriya zərbələri endiriblər.

 

Böyük Britaniyanın Müdafiə Nazirliyi isə bildirir ki, Rusiya ordusunun hücumu Ukraynanın hava məkanında nəzarətin ələ alınmasının mümkün olmaması səbəbindən ləngiyib. Belə ki, Ukraynanın hava və hava hücumundan müdafiə qüvvələri effektiv şəkildə ölkənin hava məkanını müdafiə etdiyi bildirilir.

“Rusiya havada nəzarəti ələ ala bilməyib və əsasən məsafədən zərbə endirən silahlara arxalanır, bu silahlarla Rusiyanın hava məkanından Ukraynadakı hədəflərə zərbə endirir”,- məlumatda deyilir. Böyük Britaniyanın Müdafiə Nazirliyi əlavə edir ki, Ukraynanın hava məkanına nəzarətin təmin edilməsi Rusiyanın əsas hədəfi idi və buna döyüş əməliyyatlarının ilk iki-üç günündə nail olmaq planlaşdırılırdı.

 

Belə görünür ki, Rusiya ordusu canlı qüvvə və texnika sarıdan ağır itkilər versə də Kiyevi ağır şərtlərlə atəşkəsə məcbur etmək üçün yeni hücum dalğası planlaşdırır. Ukrayna prezidenti Volodimir Zelenski ötən gecə Rusiya xalqına müraciət edib və bildirib ki, bu günə qədər Ukrayna torpaqlarında 14 mindən çox rus əsgəri ölüb. Rusiyada isə bu itkilərə məhəl qoyan yoxdur. Üstəlik meyitləri də yığışdırmırlar.

“Bizim ön xətdə, xüsusən ağır döyüşlərin getdiyi yerlərdə hər tərəfə Rusiya əsgərlərinin meyitləri səpələnib. Və bu meyitləri heç kim yığışdırmır. Əvəzində hücuma yeni hissələri irəli qovurlar. Rusiya komandanlığı bacardıqca  hansısa ehtiyat qüvvələri səfərbər etməyə çalışır”, - Zelenski bildirib.

 

Ukrayna prezidenti bu itkilərin Rusiyada yox sayılmasından təəcübləndiyini deyib: “Biz gözəl başa düşürük ki, Rusiyanın insan resursları dibsizdir və kifayət qədər çox raketləri, texnikası, aviabombası var. Lakin mən Rusiya vətəndaşlarından soruşmaq istəyirəm: bu illər ərzində sizə nə ediblər ki, indi itkilərinizi görmək istəmirsiniz? Doğrudanmı sizlər üçün artıq oğul, ana, ata sözlərinin heç bir mənası qalmayıb. Sizin artıq 14 mindən çox əsgəriniz öldürülüb. Bu, 14 min ata, onların anaları, uşaqları, qohumları, dostları deməkdir, siz bunları da görmürsünüz? Müharibə isə davam etdikcə qurbanlar daha da artıq olacaq, bu sizin bizə qarşı müharibənizdir - Rusiyanın Ukraynaya qarşı bizim torpaqlarımızda apardığı müharibəsidir”, - Ukrayna prezidenti bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək