Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67044
az

Ukraynanın enerji sistemi Avropanın enerji sisteminə qoşuldu

01:4617 Mart, 2022
614
DÜNYA
  • A

Ukrayna Avropa qitəsinin ENTRO- E birləşmiş enerji sisteminə qoşulub.
 

OXU24.COM xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi və Avropanın enerji sisteminin saytlarında məlumat verilib.
 
"Bu gün energetika xəritəsində Ukrayna Avropa İttifaqının bir hissəsinə çevrilib. İndi bizim enerji sistemimiz Avropanın ümumi enerji sisteminin bir hissəsidir", - Ukraynanın energetika naziri German Qaluşşenko məlumat verib. 
 
O, qeyd edib ki, bu, planlaşdırıldıqdan bir il tez baş verib. Qaluşşenko xatırladıb ki, milli enerji sistemi Rusiya və Belarusun sistemlərindən fevralın 24- də, müharibənin başlanmasından bir neçə saat əvvəl ayrılıb.
Nazirlikdə vurğulayıblar ki, Ukraynanın birləşmiş enerji sistemi öz etibarlılığı və sabitliyini planlaşdırılan 3 gün əvəzinə 21 gün təcrid edilmiş vəziyyətdə işləməklə sübut edib.
 
EVTSO- E- nin mətbuat xidməti dəqiqləşdirib ki, martın 16- da Avropa qitəsinin enerji sistemilə Ukrayna və Moldovanın enerji sistemləri  sınaq sinxronlaşması başlanıb. "2017- ci ildən sinxronlaşma layihəsinin sürətləndirilməsi əvvəllər aparılan tədqiqatlar və risklərin azaldılması üzrə tədbirlər görülməsi sayəsində mümkün olub", - məlumatda belə deyilir.
 
Enerji sistemlərinin birləşməsini özünün "Twitter" səhifəsində Ukrayna prezidenti Vladimir Zelenski şərh edib:
 
"Ukrayna "energetik Avropa İttifaqı"nın üzvü olub. İndi bizim elektrik enerjimiz Avropaya, oradan isə Ukraynaya axır", - o, belə yazıb.
 
Prezident Avropa İttifaqının üzvü, Avropa Komissiyasının rəhbəri Ursulu fon der Lyayenə, energetika üzrə Avropa komissarı Kadri Simsona və sayəsində indi bizim vahid enerji sistemimizin olması üçün hamıya minnətdarlığını bildirib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan Zelenskilə “Taxıl sazişi”ni müzakirə etdi
Rubl ucuzlaşaraq görün neçəyə oldu
Türkiyənin dünya ixracatındakı yeri rekord qırdı

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
8700 manatlıq iribuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı