Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66961
az

SON DƏQİQƏ! Rusiya ordusuna ağır itki: xüsusi təyinatlı briqada məhv edildi

15:5415 Mart, 2022
4790
REDAKTORUN SEÇİMİ
  • A

“Azov” alayının döyüşçüləri Rusiya ordusunun 22-ci xüsusi təyinatlı briqadasının bölmələrindən birini məhv edib.

Oxu24.com xəbər verir ki, bu barədə Ukraynanın Birləşmiş Qüvvələrin Əməliyyatı Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, ukraynalı hərbçilər Mariupolu ələ keçirməyə çalışan Rusiya hərbçilərini zərərsizləşdirir:

“Azov alayının döyüşçüləri Rusiya Federasiyası Silahlı Qüvvələrinin 22-ci Əlahiddə Ümumqoşun Briqadasının bölmələrindən birini məhv edib”.

Eyni zamanda “Azov” alayının keçmiş komandiri və Milli Korpusun Mərkəzi Qərargahının rəhbəri Maksim Jorin öz teleqram kanalında yazıb: “Komanda-qərargah maşını və Rusiyanın piyada qoşunlarının yerləşdiyi ev dağıdılıb. Bu, Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın əsgərləri ilə birlikdə “Azov”un 226-cı taborunun nəticələridir. Xarkov vilayəti işğalçıları məhv etməyə davam edir”.

Xatırladaq ki, bu gün “Azov” alayı Mariupol yaxınlığında Rusiyanın xeyli sayda hərbi texnikasını məhv edib. Eyni zamanda alay Rusiya Silahlı Qüvvələrinin bir general-mayorunu zərərsizləşdirib. General-mayorun adı və harada öldürüldüyü açıqlanmayıb.

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.

SON DƏQİQƏ! Rusiya Ordusu  müharibədə yeni qərar qəbul etdi: PLAN DƏYİŞDİ - VİDEO

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın öldürüldü
Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 1 nəfər xəsarət alıb
AZAL qiymətlərlə bağlı açıqlama yaydı

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qadın öldürüldü