Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66729
az

Ziya Məmmədovun şirkətindən daha bir məhkəmə iddiası - Alqı-satqı qalmaqalı

20:3411 Mart, 2022
232
  • A



Keçmiş Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bildirilən "FortisGroup” MMC daha bir şirkəti məhkəməyə verib. 

OXU24.COM  Qaynarinfo-ya istinadən xəbər verir ki, "FortisGroup” MMC-nin bu dəfə məhkəməyə verdiyi şirkət "NEMA ÇİN ƏND O.F. KOMPANİ" MMC-dir.

Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdir. İddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovun sədriliyi ilə baxılır. 

"NEMA ÇİN ƏND O.F. KOMPANİ" MMC 31 mart 2006-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Orucov Famil Xannayib oğludur. 

Açıq mənbələrdə 16 ildir fəaliyyət göstərən şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. 

"FortisGroup” MMC isə 19 noyabr 2004-cü ildə 25 000 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Bayramov Elşad Sərdar oğludur.

Şirkət "Azbentonit" MMC-nin bazasında yaradılıb. 2004-cü ildə yaradılan "Azbentonit" MMC 2015-ci ildə "Garant Sənaye İnşaat” MMC-yə, daha sonra isə "FortisGroup” MMC-yə çevrilib.

"FortisGroup” MMC "Garant Holdinq"in törəmə müəssisəsidir. Adıçəkilən holdinq isə Ziya Məmmədova məxsusdur.

"FortisGroup” MMC bundan əvvəl "Akkord” şirkətini və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən "Gilan Holdinq"i məhkəməyə vermişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək
Pezeşkianın bu sözləri gündəm oldu: “Evdə həmişə türkcə danışırdım və...”

Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış etdi -YENİLƏNDİ

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat