Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaqla bağlı 10 bəndlik plan dərc olunub.
“Report” xəbər verir ki, Avropa Komissiyası və Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən hazırlanan sənədin ikinci bəndində regionun ehtimal edilən mühüm qaz təchizatçıları kimi Norveç və Azərbaycan göstərilir.
Qeyd edilir ki, 2021-ci ildə Avropa İttifaqı ölkələrinə Rusiyadan 140 milyard kubmetr təbii qaz və 15 milyard kubmetr LNG idxal olunub, bütövlükdə həmin ölkə hesabına məcmu qaz ehtiyacı 40 faiz səviyyəsində qarşılanıb. Plana görə, düşünülmüş addımlarla Rusiyadan illik qaz idxalını 50 milyard kubmetr, o cümlədən başqa mənbələr hesabına 30 milyard kubmetr azaltmaq mümkün olacaq.
Belə ki, Rusiyadan qaz idxalına dair 2022-ci ildə 15 milyard kubmetrlik, 2030-cu ilədək daha 40 milyard kubmetrlik müqavilələr başa çatdığından başqa variantlara üz tutmaq üçün əlverişli fürsət qarşıya çıxır.
Norveç və Azərbaycandan boru kəməri vasitəsilə idxal 2021-ci ilə nisbətən 2023-cü ildə 10 milyard kubmetr arta bilər.
Bununla yanaşı, 200 milyard kubmetr həcmində illik reqazifikasiya imkanları olduğu nəzərə almaqla Aİ LNG idxalını 2021-ci ilə nisbətən 60 milyard kubmetr, o cümlədən 2023-cü ildə 20 milyard kubmetr artırmağı hədəfləyir.
Plan martın 8-də təsdiqlənə bilər.
Oxu24.com
ŞƏRHLƏR