Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6644
az

"Ağ çörək yeyib, qara çörəyi yeyənləri düşünmürsüz!" - Abutalıbov telefonda məmuru biabır etdi +VİDEO

12:2701 Noyabr, 2018
1056
SİYASƏT
  • A
 Baş nazirin müavini Hacıbala Abutalıbov şəxsi maşınları ilə yük daşıdıqları üçün cərimələnən sürücülərin etirazını dinləyib.

Oxu24.com  Missiya.Az-a istinadən xəbər verir ki, sürücülər oktyabrın 26-dan etibarən Bakının mərkəzi küçələrində hərəkət etdikləri üçün radara düşüblər. Onların hər birinə 40 manat cərimə yazılıb. Sürücülər isə bu cərimələri qanunsuz hesab edir və radarların silinməsini istəyir. Şikayətçilərin qarşısına çıxan Hacıbala Abutalıbov etiraz edənləri dinləyib və məsələni yerindəcə həll etməyə çalışıb.

"Bu yük maşınları şəhərə girir. Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu ayrıseçkilikdir. Bunlara bu ayın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb? İndi öyrən de də dəqiq. Xahiş edirəm, çünki camaatın içindəyəm".

Hacıbala Abutalıbovun telefonla danışarkən işlətdiyi cümlə etiraz edənlərin alqışları ilə qarşılanıb. O telefonla danışdığı şəxsə deyib ki, qabağınızda ağ çörək yeyib, qara çörəyi yeyənləri düşünmürsüz!

Baş nazirin müavini protokolların dərhal ləğv edilməsini tələb edib.

"Mən sizə deyirəm! Dayandırın yığılan pulları! Mən deyirəm, dayandırın. Ümumi qərar qəbul edək ondan sonra! Elə olmasın ki, mən deyəndən sonra protokollardan başlayaq yığmağa. Nə qədər edir mən verirəm. Amma daha camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur. Bundan başqa bu olmayacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı