Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına qadağan edib.
Oxu24.com-un məlumatına görə, bu barədə IPC İdarə Heyətinin xüsusi iclasında qərar qəbul olunub.
Pekin-2022 4 - 13 martda keçirilməlidir. Qərar ümumilikdə 83 paralimpiyaçıya şamil edilib.
Qeyd edək ki, daha əvvəl ali qurum hər iki ölkə idmançılarını Oyunlara neytral statusda buraxılmasına qərar verib.
Bildirilib ki, onların mükafatları qeyri-rəsmi medal hesabında nəzərə alınmayacaq.
IOC isə beynəlxalq idman təşkilatlarına Rusiya və Belarus atletlərini yarışlardan kənarlaşdırmağı tövsiyə edib.
SON DƏQİQƏ! Rusiyanın yeni itkiləri açıqlandı - ŞOK RƏQƏM
Oxu24.com
ŞƏRHLƏR