Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66228
az

TƏCİLİ! Rusiyadan KTMT-yə MÜRACİƏT: Ukraynada qələbə üçün HƏRBİ YARDIM VACİBDİR

14:3928 Fevral, 2022
598
SON DƏQİQƏ
  • A

Azərbaycanın tanınmış hərbi eksperti, M5 Müdafiə və Strategiya jurnalının regional rəhbəri Ruslan İmamquliyev Rusiya-Ukrayna savaşı ilə bağlı peşəkar təhlil verib. Təhlil 7 postulatdan ibarətdir.

Oxu24.com  həmin postulatları təqdim edir:

1. Rusiyanın hücum edən və Ukraynanın müdafiə olunan tərəf olduğunu və iqlim, ərazi, süni əngəllər, qüvvə nisbətini nəzərə alaraq deyilə bilər ki, əməliyyatları davam etdirə bilmək üçün Rusiyanın əlavə qoşunlar cəlb etməsinə ehtiyac var. Amma mövcud vəziyyətdə ölkə daxili etirazlar səbəbi ilə bunu etməsi mümkünsüz görünür. Hətta bu səbəblə Rusiya KTMT – yə üzv dövlətlərdən dəstək almaq istəyə bilər. Bunun üçün isə səbəblər yaratmaq təcrübələri keçmişdən bilinməkdədir.

2. Rusiyanın hücum əməliyyatlarının ilk günündə havada üstünlük qazana bilməməsi əməliyyatların gedişatını dəyişdi. Rus qoşunlarının döyüş sahəsində iri kolonlarla hərəkət etməsi daha öncədən hava üstünlüyünün onlarda olacağına kəsinliklə əmin olduqlarına hesablanması ilə bağlıdır. Amma bu faktor üzərində yalnış hesabat aparılması rus birləşmələrinin daha açılmadan məhv edilməsi ilə nəticələndi.

3. Döyüş Sahəsinin Kəşfiyyat Hazırlığında Ukraynanın NATO-dan gələn kəşfiyyat məlumatları ilə dəstəklənməsi önəmli bir üstünlükdür.

4. Rus ordusunun auftragstaktik (mission command) nəzəriyyəsi əsasında idarə olunması zəif olduğu üçün geniş cəbhədə qoşunların idarə olunması tamamən nəzarətdən çıxmış vəziyyətdədir. Rus ordusu əsasən mərkəzləşdirilmiş idarə etməyə görə yetişdirilmişdir. Ukrayna ordusu isə bu faktoru psixolojik əməliyyatlarla tənzimləməkdədir.

5. NATO – nun radio elektron mübarizədə verdiyi dəstəklə Rusiyanın qoşunları idarə etmədə rabitə vasitələrinin istifadə edilmə imkanı ciddi dərəcədə məhdudlaşdırılmışdır.

6. İnformasiya Müharibəsində üstünlük tamamən Ukraynanın lehinədir və kontrol edilir şəkildə idarə olunmaqdadır.

7. Döyüşən tərəflərdən Ukrayna Prezidentinin yaxın ətrafı və generalları ilə bərabər döyüş sahəsində olması və bunu kütləvi informasiya vasitələri ilə göstərə bilməsi psixolojik müharibədə tam üstünlükdür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir
Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
Rusiya bu əraziləri ələ keçirdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı