Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65661
az

Polis əməliyyat keçirib: Silah satan şəxs tutulub

15:4321 Fevral, 2022
198
SON DƏQİQƏ
  • A

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İdarəyə Füzuli rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Əbülfəz Suanverdiyevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 6000 manata satmaq istəyən zaman İdarənin Ələt qəsəbəsində yerləşən inzibati ərazisində şübhəli şəxs kimi saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı 1 ədəd atəşə yararlı “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd daraq və 60 ədəd parton aşkar olunaraq götürülüb. Əbülfəz Suanverdiyev odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əbülfəz Suanverdiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Su Polisləri tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələrin gətirilməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, dövlət rüsumu ödəməklə kvotalar əldə edərək icazə verilən dövrlərdə müəyyən çəkidə və qaydalara uyğun balıq ovu ilə məşğul olmaq mümkündür.

İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq aparılır.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəlzələ oldu
1500 məktəb bağlanır?- Nazirdən açıqlama
Siyavuş Kərimi vəzifəsindən azad olundu- Sərəncam

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
“Roşka”      həbs        edildi