Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65643
az

Yaxşı qonşuluq nədir?

00:0421 Fevral, 2022
336
CƏMİYYƏT
  • A

Hər bir müsəlman öz həyatını yaşamaq üçün mütləq haradasa məskunlaşmalı və kiməsə qonşuluq etməlidir. Ona görə İslam şəriəti qonşuluq əlaqələrini də tənzimləmişdir. Qonşu, yaxınlıqda yaşayan insanlar deməkdir. Onlara yaxşılıq etmək əmr olunur.

Allah taala buyurur:
"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" (ən-Nisa: 36).
Bu ayədə Allah taala qohum olan və ya olmayan qonşuya yaxşılıq etməyi əmr etmiş və onun əhəmiyyətini bildirmək üçün onu Özünə edilən ibadətlə birgə xatırlatmışdır. Peyğəmbərin (sav) sözü deyilənlərə daha da aydınlıq gətirəcəkdir:
"Kim Allaha və axirət gününə iman gətirirsə qonşusuna yaxşılıq etsin"(Buxari: 10 445 ? 6091. Müslim: 1 69 ? 48.)
İslam şəriətinin qonşuya ayırdığı yer çox uca və yüksəkdir. Bunu Peyğəmbərin sözü tam açıqlayır:
"Cəbrail mənə o qədər qonşu haqda məsləhətlər verdi ki, hətta mən onun varis olacağını zənn etdim"(Buxari: 10 441 ? 6015. Müslim: 4 2025 ? 2625.)
Qonşuya yaxşılıq etmək haqda olan hədislər sadəcə yaxşılığa təşviq etməklə kifayətlənməmiş və yaxşılığın növlərini də açıqlamışdır. Indi isə bəzi misallar çəkəcəyəm:
Peyğəmbər (sav) buyurmuşdur:
"Özünün qarnı tox olub, yanındakı qonşusu ac olan, mömin deyildir"(Buxarinin "Ədəbul Mufrəd" kitabı: ? 112. Təbərani "Əl Kəbir" kitabı: 3 175. Albani "əs-Silsilətus Səhihə" kitabı ? 149 -da hədisin səhih olduğunu demişdir.)
Varlı qonşuya özü tox olduğu halda qonşularını ac qoyması haram edilmişdir. Hədisdə qonşunun vəziyyətini öyrənməyə bir işarə vardır.
Peyğəmbər (sav) buyurmuşdur:
"Ey Əbu Zərr! Sulu yemək bişirəndə suyunu çox et və qonşularını da gör"(Müslim: 4 2025 ? 2625.)
Burada "qonşularını da gör" ifadəsinin mənası: hətta kasıb olmayan qonşuya mehribançılıq məqsədi ilə yemək vermək mənasını daşıyır.
Peyğəmbər (sav) buyurmuşdur:
"Biriniz, divarınıza (ev tikmək məqsədi ilə) ağac basdırmaq istəyən qonşusuna bunu qadağan etməsin" .(Buxari: 5 110 ? 2463. Müslim: 3 1230 ? 1609.)
Hədisdə divara ağac basdırmaq istəyən qonşuya buna görə qadağa qoymaq yasaq edilir. Çünki iki müsəlmanın evi bir ev kimidir.
İslam alimləri qonşulara veriləcək bir çox haqlar sadalamışlar. Məsələn, səndən kömək istədikdə ona kömək etmək, borc istədikdə borc vermək, möhtac olduqda ona əl tutmaq, xeyir işində ona xeyir-dua vermək, müsibət baş verdikdə başsağlığı vermək, öldükdə cənazəsinin ardınca getmək, evinin yanında ondan icazəsiz evini ucaldıb küləyin qarşısını kəsməmək, evdə bişirilən ətirli yeməklərdən onlara da vermək, meyvə aldıqda onlara da hədiyyə etmək, əgər etməyəcəksənsə onda bunları onlara görsətməmək üçün onları evə gizli şəkildə daxil etmək lazımdır.
Atanın aldıqlarını uşağın əlinə götürüb qonşu uşaqlarına acıq verməsi düzgün deyildir.
Müsəlman tərəfindən qonşuya qarşı edilən ədəb-ərkan nümunələri, bizə dinin buyruqlarına əməl edən müsəlman qonşunun necə də böyük nemət olmasını göstərir.
İslam şəriətinin qonşuya olan böyük qayğısı onun cəmiyyəti saflaşdırmaq və islah etmək prinsiplərindən bir nümunədir.
Təsəvvür et ki, bir cəmiyyətdə hər kəs qonşusuna yaxşılıq edir, onun halına acıyır, ehtiyaclarını ödəyir, işlərində ona kömək edir, kiməsə müsibət baş verəndə qonşular onun köməyinə gələr və müsibətinə şərik olmaqla onu sakitləşdirirlər və s. Belə cəmiyyət həqiqətən çox nümunəvi, dünyada tayı-bərabəri olmayan bir toplum olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

33 ilin direktoru işdən azad edildi
Avtomobil yük maşını ilə toqquşdu: ölən var
“Axır vaxtlar bir az emosional olmuşam” - Azər Bağırov

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi