Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65637
az

Koronavirusa yoluxduğuna görə işə gedə bilməyənlər mütləq oxusun - PUL VERİLMƏLİDİR

22:5120 Fevral, 2022
1427
ÖZƏL BÖLÜM
  • A

Koronavirusa yoluxma şübhəsi ilə əlaqədar yaxma analizi vermək sərf etmir. Cavab pozitiv olarsa evdə qalmalısan, bu isə əmək haqqının azalması deməkdir. Ona görə də bəzi insanlar xəstə olduğunu gizlədərək, işinə davam edir. Bu fikirlər  "Xəzər Xəbər"in votsap nömrəsinə səs göndərən bir vətəndaş tərəfindən iddia edilib. Bəs görəsən bu məsələ qanunvericilikdə necə tənzimlənir ?

Koronavirusa yoluxma şübhəsi ilə bağlı analiz vermək sərf etmir. Cavab pozitiv çıxarsa evdə qalmalısan. Bu isə əmək haqqının azalması deməkdir. Bu fikirlər bir vətəndaş tərəfindən səsləndirilərək, "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. 

Vətəndaş deyir ki, əksər insanlar məhz bu səbəbə görə məcbur qalıb xəstə olduğunu gizlədirlər. 

Məsələ ilə bağlı  Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyir ki, müvəqqəti əmək qabiliyyətini itirməyə görə əmək müqaviləsi ilə işləyən  işçilərə müavinətlər nəzərdə tutulub.

Lakin buna görə həm işçinin azı 6 ay sığortası olmalı, həm də məşğul olduğu fəaliyyət sığortalı olmalıdır.  Əgər işçinin sığorta stajı 12 ildən çoxdursa, bu zaman ona əmək haqqı tam verilir. İlk 14 günün pulu işə götürənin, qalan hissə isə Dövlət Sosial Sığorta Fondunun vəsaiti hesabına ödənilir.  

Sahib Məmmədovun sözlərinə görə, peyvənd qəbul etdikdən sonra ağırlaşma olarsa, əmək haqqı vətəndaşa 100% ödənilməlidir. 

SON DƏQİQƏ! Şad xəbər rəsmən elan edildi: Güzəşt olacaq 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+