Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6563
az

Ən gizli və ideal blinçik resepti

23:5929 Oktyabr, 2018
1229
MARAQLI
  • A
Bişirməyə alışdığınız blinçik xəmiri reseptini bir kənara qoyun.

Çünki Oxu24.com daha dadlı resept təqdim edir. Bu xəmir rus kulinarlarının hər kəsdən gizlətdiyi reseptdir.

Tərkibi:

600 ml su
600 ml süd
1,5 stəkan un
1,5 stəkan kartof nişastası
4 ədəd yumurta
1 ç/q duz
3 x/q kərə yağı
3 x/q şəkər tozu
yarım ç/q vanil

Hazırlanması:

Telçırpıcı ilə yumurtaları çalın, yavaş-yavaş üzərinə şəkər tozu, duz və vanil tozu əlavə edin. Qarışdırmağa davam edərək, südüdə tökün. Un və nişastanı da kütlənin üzərinə səpin. Yağı su hamamında əridib, xəmirə tökün. Sonda isə isti su əlavə edib, qarışdırın. Xəmiri 30 dəqiqə ərzində kənara qoyub, gözlədin. Sonra isti tavaya 1 kiçik çömçə qədərində əlavə edin. Xəmiri tavanın dibinə hər tərəfli yayın. Hər iki tərəfini bişirib, üst-üstə yığın. İstədiyiniz içlik seçib, süfrəyə verin. Ertəsi gün hər kəs sizin ideal blinçiklərinizdən danışsın. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"
Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ