Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65592
az

TƏCİLİ!!! SOCAR-da daxili yoxlamalar BAŞLADI: Anar Əlizadə Bakıya çağırılıb

23:2019 Fevral, 2022
619
CƏMİYYƏT
  • A

Ötən həftə dövlət başçısının sərəncamı ilə SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini təyin olundu.

“Yeni Gündəm” JAMAZ.İNFO-a istinadən xəbər verir ki, ölkə rəhbərinin digər sərəncamı ilə SOCAR-a Rövşən Nəcəf təyinat aldı.

Əldə edilən məlumatlara görə, bu həftənin əvvəlindən etibarən SOCAR-da yoxlamalar başlayıb. Yoxlamalara Rövşən Nəcəfin birbaşa nəzarət etdiyi və onun təlimatı ilə başladıldığı deyilir. Qeyd edilir ki, dövlət şirkətinin indiyə qədər yaranmış borcları (həm daxili, həm də xarici) həddindən artıq yüksək rəqəmlərlə ifadə olunur və bunun yaranma səbəbləri araşdırılır.

Daxil olan məlumatlarda deyilir ki, yoxlamanın digər səbəbi isə SOCAR-da korrupsiya hallarının aşkarlanmasıdır. Daha doğrusu, Rövnəq Abdullayev və onun komandasının müxtəlif yollarla əldə etdikləri qazancların da dəqiqləşdirilməsi nəzərdə tutulub.

Daxil olan digər məlumata görə isə, Rövnəq Abdullayevin dayısı oğlu, xaricdə neft satışı işi ilə məşğul olan əsas fiqurlardan biri Anar Əliyev də Bakıya çağırılıb. İddialara görə, onun fəaliyyətinin ayrıca yoxlanılması nəxərdə tutulub. Buna səbəb də Anar Əliyevin rəhbəri olduğu şirkətin fəaliyyətində SOCAR-ın yeni rəhbərliyi üçün şübhəli məqamlar yaranıb. Elə Anar Əliyevi Bakıya dəvət etməkdə məqsəd də odur ki, həmin şübhəli məqamları dəqiqləşdirsinlər.

Gələn bir başqa xəbərdə isə deyilir ki, Rövşən Nəcəf bir sıra kadr dəyişikliyinə getməyi də qərarlaşdırıb. Yaxın vaxtlarda SOCAR-da mühüm postların rəhbərlərinin yeniləri ilə əvəzlənəcəyi gözlənilir. Bundan başqa, idarələ rəhbərlərinin də yerini yeni kadrların tutacağı deyilir. Hələlik şirkətdə maliyyə yoxlamaları getməsi səbəbindən bu prosesin bir qədər yubanacağı gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü