Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.
Azərbaycanda şok hadisə: Oğlanın qulağını görün nəyə görə kəsdilər
Oxu24.com
ŞƏRHLƏR