Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65473
az

Daxili İşlər Nazirliyi Tahir Kərimlinin hədələnməsinə münasibət bildirdi 

11:1617 Fevral, 2022
341
SON DƏQİQƏ
  • A

Elşad Hacıyev: “Tahir Kərimlinin hər hansı bir şikayət xarakterli müraciəti daxil olmayıb”

Deputat Tahir Kərimlinin qəribə və deklomasiyaya bənzər video-çıxışı yayılıb. Bu videoda o, onu ölümlə hədələyənlərə xüsusi pafosla, deklomasiya janrında cavab verir. Video bütün sosial şəbəkələrdə dolaşmaqdadır. Deputatla əlaqə saxlayıb bu qəribə videonun səbəbini aydınlaşdırmağa çalışdıq. Lakin deputatın telefonları bağlı olduğundan ondan video-çıxışı ilə bağlı fikirlərini öyrənə bilmədik.

Eyni zamanda, DİN və digər hüquq mühafizə orqanlarına da müraciət etdik. Onlar bu barədə məsələ qaldırıblarmı və Azərbaycan deputatının ölümlə hədələnməsi faktını araşdıracaqlarmı?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə müdiri Elşad Hacıyev Musavat.com deyib ki, deputat hədələnməsi ilə bağlı DİN-ə müraciət etməyib: “Daxili işlər orqanlarına millət vəkili Tahir Kərimlinin hər hansı bir şikayət xarakterli müraciəti daxil olmayıb”.

Musavat.com əməkdaşı Tahir Kərimlinin məlum videoçıxışı ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinə də sorğu ilə müraciət edib. Həmin sorğuya veriləcək cavabı da təqdim edəcəyik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ölən var
Yanvarın 29-u iş olmayacaq
Uşaqlarla bağlı bu qanunda       dəyişiklik       edilir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO