Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65446
az

Xaricdə yaşayan vətəndaşlar vaxtı bitən pasportlarını nə üçün dəyişə bilmirlər?

22:0016 Fevral, 2022
221
  • A

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə xaricdə yaşayan soydaşlarımız Azərbaycanın diplomatik nümayəndəliklərindən xarici pasport ala bilməmələrindən şikayətlənirlər. Belə ki, sosial şəbəkə istifadəçiləri şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlərin Azərbaycan diplomatik nümayəndəliyinə yeni pasportun verilməsi məqsədilə müraciət etmək hüququndan məhrum edildiyini bildirirlər.

Vətəndaşlar iddia edirlər ki, yeni pasport almaq üçün onlar əvvəlcə Azərbaycana qayıtmalı, orada şəxsiyyət vəsiqəsi almalıdırlar. Yalnız bundan sonra xarici pasport ala bilərlər.

Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, ötən ilin dekabrında Azərbaycanda “Pasportlar haqqında” və “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanunlara dəyişiklik edilib. Bu dəyişikliklərə əsasən, Azərbaycanın diplomatik nümayəndəlikləri vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd vermək hüququndan məhrum ediliblər.

Qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlar Azərbaycana geri qayıdıb, şəxsiyyət vəsiqələrini dəyişdikdən sonra xarici pasport ala bilərlər. 

Xarici ölkələrdə Azərbaycan vətəndaşlarının övladları dünyaya gəldiyi təqdirdə isə onlar diplomatik nümayəndəliklərimızdən yalnız doğum haqqında şəhadətnamə sənədi ala bilərlər. Bundan sonra valideyn övladı ilə birgə Azərbaycana gəlib, şəxsiyyət vəsiqəsi və xarici pasport ala bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…
Gədəbəyə dolu düşdü: bir sıra fəsadlar yaratdı
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu -FOTOLAR

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM