Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65397
az

Azərbaycanda dəhşətli hadisə: Meşədə asılmış meyiti tapıldı

21:2015 Fevral, 2022
266
REDAKTORUN SEÇİMİ
  • A

Astara sakini özünü asaraq intihar edib.

Oxu24.com-un  verdiyi xəbərə görə, hadisə rayonun Taxtanəkəran kəndi ərazisindəki meşəlikdə baş verib. 1981-ci il təvəllüdlü Zaur Məhərrəm oğlu Sovqatovun meyiti kənd sakinləri tərəfində aşkarlanıb.

Toradi kənd sakini Z.Sovqatovun üzərindən çıxan məktubda onu bu addıma vadar edən şəxslər barədə yazılıb.

Qeyd edək ki, Zaur Sovqatov bir neçə gün öncə aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.

Astara rayonunun Toradi kənd sakini Zaur Sovqatov qeyd edib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb.

Zaur Sovqatov 5 şirkətin təsisçisi və rəhbəri olduğunu məhkəmə vasitəsi ilə öyrəndikdən sonra Rövşən Hüseynovla əlaqə saxlayıb. Ondan bu borcun necə yarandığını soruşub. İddia edir ki, Rövşən Hüseynov bu məsələni qısa zamanda qaydasına qoyacağını söyləyib, amma son iki ay ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Maşın almaq istəyənlərə şad xəbər: 1000 manata dövlət maşınları satılır

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu binalar sökülür  -  VİDEO
Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı