Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65388
az

Borca görə özünü asdı - Bu gün Azərbaycanda dördüncü intihar

18:2915 Fevral, 2022
280
KRİMİNAL
  • A

Astara sakini özünü asaraq intihar edib.

OXU24.COM report-a istinadla bildirir ki, hadisə rayonun Taxtanəkəran kəndi ərazisindəki meşəlikdə baş verib. 1981-ci il təvəllüdlü Zaur Məhərrəm oğlu Sovqatovun meyiti kənd sakinləri tərəfində aşkarlanıb.

Toradi kənd sakini Z.Sovqatovun üzərindən çıxan məktubda onu bu addıma vadar edən şəxslər barədə yazılıb.

Qeyd edək ki, Zaur Sovqatov bir neçə gün öncə aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.

Astara rayonunun Toradi kənd sakini Zaur Sovqatov qeyd edib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb.

Zaur Sovqatov 5 şirkətin təsisçisi və rəhbəri olduğunu məhkəmə vasitəsi ilə öyrəndikdən sonra Rövşən Hüseynovla əlaqə saxlayıb. Ondan bu borcun necə yarandığını soruşub. İddia edir ki, Rövşən Hüseynov bu məsələni qısa zamanda qaydasına qoyacağını söyləyib, amma son iki ay ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı