Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65370
az

Bakıda qadınla görüşə gedən gənc öldürüldü - ŞOK HADİSƏNİN TƏFƏRRÜATI - FOTO

10:2015 Fevral, 2022
1074
KRİMİNAL
  • A

Fevralın 13-də gecə saatlarında Bakıda ölümlə nəticələnən dava-dalaşın təfərrüatı məlum olub.

Gundem.az Publika.az-a istinadən bildirir ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyməsi və nəticədə Eynulla İbadovun xəstəxanaya aparılarkən yolda ölməsi mübahisə zəminində baş verib.

Belə ki, Biləcəri qəsəbəsində yaşayan və Vətən Müharibəsi qazisi olan Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxdıqda oyaxınlıqda yaşayan və yüngül həyat tərzi keçirən qadının yanına gəlmiş şəxslərlə Y.Quliyev arasında mübahisə yaranıb. Az sonra mübahisə münaqişəyə çevrilib.

Yaxınlarının bildirdiyinə görə Yəhya həmin şəxsləri taxta ilə deyil, yumruqla vurub. Nəticədə 30 yaşlı Eynulla aldığı xəsarətdən vəfat edib. Z.Həşimlinin isə həyatına təhlükə yaranmayıb.

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsində yaralanaraq qazi olub. O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Hadisəni törədən şəxs saxlanılıb.

Onun fotosunu təqdim edirik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alidə Kazımova qətlə yetirilib
Meyiti tapılan şəxs kim imiş?
Bakıda

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı