Kilsəyə dabanlı qadın ayaqqabısı ilə gedın keşişin hərəkəti sosial şəbəkələrdə gündəm olub.
OXU24.COM lenta.ru-ya istinadən xəbər verir ki, bununla da, istehza obyektinə çevrilib. Pastorun fotoları sosial şəbəkələrdə görünəndə bir çox istifadəçi Allah adamının niyə qadın ayaqqabılarına üstünlük verdiyini anlaya bilməyib. O, kişi ayaqqabılarının ona ağrı və xəstəlik gətirdiyini izah edib. Pastor əvvəllər adi ayaqqabı geyindiyini, lakin çox əziyyət çəkdiyini vurğulayıb.
O, dəfələrlə həkimlərə müraciət etdiyini, lakin mütəxəssislərin tövsiyələrinin səhhətindəki problemlərdən qurtulmağa kömək etmədiyini bildirib. Amma keşiş Allahın hündürdaban ayaqqabı geymək əmrinə əməl etdiyi üçün rahatlayıb. "İbadət zamanı Allah mənə göründü və mənə bu ayaqqabıları geyinməyi tövsiyə etdi". Keşiş qadın ayaqqabısı ilə yanaşı, qadın paltarı da geyinməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Oxu24.com
ŞƏRHLƏR